Wednesday, October 6, 2010

20 yanvar

Azadliq nəğməsin xalq ucaltmışdı
Mübarizlər qızıl qana batmışdı
Canilərin son nəfəsi çatmışdı
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda



Rus ordusu dırnağından təpiyə
Silahlanmış, əl qoymuşdu tətiyə
Bu millətin nəslin kəsəcək diyə
Qan ləpələnmişdi o gün meydanda Iyirmi yanvar min doqquz yüz doğsanda


Azadlıq meydanı azad olurdu
Qəhrəmanlar sel tək bura dolurdu
Qudurğanın ömrü, günü solurdu
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda



Mübarizlər gərçi silahsız əldi
Amma yenə düşmənə sinə gərdi
Şəhidlərin bağrını güllə dəldi
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda


Düşmən top, tankla basqıya keşdi
Bakının ürəyin bir daha deşdi
Elim şəhidlərlə bir də and içdi
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda



Azər bayrağını qoymarıq yata
Şəhidlər qanını qoymarıq bata
Xainlər vətəni qoymarıq sata
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda

İndisə biz bu qanlara borcluyuq
Şəhidlərə, qurbanlara borcluyuq
Azadlığı bu canlara borcluyuq
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda



Ürək yaralıdır vətən bağlısı
Dağlıyıq biz, 20 yanvar dağlısı
Salehin də olmaz ürək sağlısı
Qan ləpələnmişdi o gün meydanda
Iyirmi yanvar min doqquz yüz doğsanda

No comments:

Post a Comment