Wednesday, October 6, 2010

Tufan salarıq

Deynə Heydər babaya biz şer əlindən tacı aldıq
Yaxasından yapışıb cəlladı taxtdan yerə saldıq
Ammaki el yenə aldandı, düzü biz gerı qaldıq
Qıyha qovzanmadadır, bir yeni tufan salariq biz
Islam altında mısan Şeytanı taxtdan salarıq biz

Yenə Heydər baba qoy xalqıma dağlar dayaq olsun
Elə keçmiş kimi sözlər yenə qardaşsayaq olsun
Yumruqlar da dügünlənmədə qoy xalq ayaq olsun
Əlbir olsaq elinən bir yeni tuğyan salarıq biz
Şahi saldıq necəkim, mollanı taxtdan salarıq biz

Hay vuranda Savalan söylə Səhənd topların atsın
Bu tayın nərəsı qalxanda o tay mətləbə çatsın
Vətən uğrunda gərəkdirki igid qan tərə batsın
Doğma qardaş səsınə can deyib əfğan salarıq biz
Bir də duşmənlər əyə qan diyə, qan-qan salarıq biz

“Qara dağdan düzülüb Təbrizə Səttarxanlar
Xalqın övladı yetişmişdi, yolun səhmanlar
Aldadanmazdır onu bir də fılan-behmanlar
Vətən uğrunda bütün yolları səhman salarıq
Yaşa dillərdə bütün Azəribaycan salarıq

Gülməyə başladı qönçə, o çiçək açmadadır
Zirvələnmiş yenə gün yurda işıq saçmadadır
Elimə xain olanlarda köçüb qaçmadadır
Necə tufan ki, demişdin elə tufan salarıq
Doğru yoldur yolumuz aləmi heyran salarıq

Sən də Heydərbaba bizdən sarı lap arxayın ol
Biz qaranlıqları yardıqda sən ayın-şayın ol
Saleha qorxma diyə sən də elə öz tayın ol
Tay-tuş olduqda qoçaqlar, yenə tufan salarıq
Islam altında mısan şeytanı taxtdan salarıq ”

No comments:

Post a Comment